Şirkət haqqında

10 ilə yaxındır ki, fəaliyyət göstərən Star İnox şirkətinin əsas fəaliyyət sahəsi Peşəkar mətbəx, camaşırxana, bar avadanlıqlarının, o cümlədən çörək, un və qənnadı məmulatı bişiricilərinin satışı və quraşdırılmasıdır. Şirkətimiz Sizə Türkiyə və Avropa markalarının istehsalı olan peşəkar mətbəx avadanlıqlarının satışını da təklif edir. Bu işdə uzun müddətli təcrübəmizə güvənərək mətbəxinizin layihələndirilməsi və avadanlıqlarla təmin edilməsini bizə həvalə edə bilərsiniz. Star İnox şirkəti olaraq bu gün yetərincə tanınmış və müştərilərin güvənini qazanmışıq. Şirkətin istehsal etdiyi avadanlıqlar Avropa standartlarına cavab verən yüksək keyfiyyətli və davamlı peşəkar mətbəx avadanlıqları sıralarında öz yerini tuta bilmişdir. Peşəkar mətbəx avadanlıqlarının satışı və quraşdırılması ilə yanaşı, şirkətin servis mütəxəssisləri Sizə həm zəmanət müddəti, həm də zəmanət müddətindən sonra yarana biləcək problemlərin həllini qısa müddətdə həyata keçirir. Daim inkişafda olan  Star İnox şirkəti dünya miqyasında keçirilən sərgilərdə və servis xidməti üzrə təşkil olunan təlimlərdə iştirak edərək, texnoloji yeniliklər toplayıb, müştərilərinə ilbəil daha da yüksək səviyyəli xidmət göstərməkdədir.